Aİ Şurası Rusiyaya qarşı sanksiyaların yarım il uzadılmasına dair qərar verib

23:57 29 Yanvar 2015
453 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 23:41 ]

Bakı-APA. Avropa İttifaqı Şurası Rusiya Federasiyasının fiziki şəxslərinə qarşı sanksiyaların sentyabradək uzadılmasına dair qərar qəbul edib.

APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini bildirib.  

 

Aİ XİN rəhbərləri 10 gün ərzində Ukraynanın şərqindəki münaqişənin gərginləşməsində məsuliyyətli hesab edilən fiziki və hüquqi şəxslərin “qara siyahısı”nın genişləndirilməsinə dair təkliflər hazırlamağa göstəriş verib. Bu məsələ üzrə qərarın Aİ Şurasının  fevralın 9-da keçiriləcək iclasında veriləcəyi gözlənilir.

 

Federika Moqerini qeyd edib ki, Avropa İttifaqı  Şurası Ukraynadakı münaqişənin nizamlanması üzrə bütün diplomatik səyləri dəstəkləyir.  

 

Sanksiyalar “qara siyahı”ya daxil edilən şəxslərin bank hesablarının dondurulmasını və Aİ ölkələrinə səfər etmək üçün vizaların verilməməsini nəzərdə tutur.   

 

Hazırda Aİ-nin “qara siyahısı”na 132 fiziki və 28 hüquqi şəxs daxil olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR