Bakı, 23 sentyabr, AZƏRTAC
Mərkəzi Bankın məlumatına görə, bu il avqustun 1-nə ölkənin bank, bank olmayan kredit təşkilatları və kredit ittifaqları hüquqi və fiziki şəxslərə 20,2 milyard manat ekvivalenti məbləğində kredit ayırıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, onun 78,1 faizi və ya 15,77 milyard manatı uzunmüddətli kreditlər olub. Verilmiş kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artıb. Kreditlərin 35,8 faizi dövlət, 61,3 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilmiş kreditlərin payına düşüb.
Kreditlərin 78,1 faizini uzunmüddətli kreditlər təşkil edib. Kreditlərin 6,4 faizinin ödənilmə vaxtı keçib.