Türk cütlüyün Bakıda səmimi görüntüləri (VİDEO)

Türk cütlüyün Bakıda səmimi görüntüləri (VİDEO)
07:51 30 Yanvar 2015
1152 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün Nizami Kino Mərkəzində "Aşk sana benzer" ("Eşq sənə bənzər") filminin qala gecəsi keçirilib.

ANS PRESS-in məlumatına görə, Bakıda baş tutan təqdimat mərasimində filmin rol ifaçıları ilə yanaşı, yaradıcı heyət də iştirak edib.

Qala gecəsinə çox sayda tamaşaçı axını olub. Onlar məşhurlarla şəkil çəkdirmək üçün minbir fəndə əl atıblar. Lakin təhlükəsizlik əməkdaşları bəzilərinin arzusunu ürəyində qoyub.

Gecədə diqqət çəkən məqamlardan biri isə yaraşıqlı aktyor Burak Özçivitin rol həmkarı olan cazibədar aktrisa Fahriye Evcenlə yaxınlıq etməsi, əlini onun belindən ayırmaması olub. Sözügedən görüntülər sosial şəbəkədə yayılaraq müzakirələrə yol açıb.

Gün ərzində paytaxtımızı gəzən türkiyəli qonaqlar hər biri ayrı-ayrılıqda ölkəmizdə onlara göstərilən münasibətdən razı qaldıqlarını bildiriblər.

Filmdə rollarda Fahriye Evcen, Burak Özçivit, Selim Bayrakdar, Yavuz Bingöl, Birsen Dürülü, Kaya Akkaya, Şamil Kafkas, Burçin İşık və b. çəkilib.

Filmin prodüsseri aktyor Burak Özçivit, rejissoru isə Taner Elxandır.



















Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR