"Bavariya"nın idarə heyətinin sədri Karl-Haynz Rummenige komandanın üzvü Tomas Müllerin heç vaxt satılmayacağını bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Münhen klubunun rəsmisi "Bild" nəşrinə açıqlamasında belə danışıb:

"Müller təklif ediləcək istənilən məbləğdən asılı olmayaraq "Bavariya"da qalacaq. Onu heç bir məbləğə satmayacağıq. Lionel Messi "Barselona"ya, Ueyn Runi "Mançester Yunayted"ə, Müller isə "Bavariya"ya məxsusdur. Və bu belə də qalmalıdır. Dünyada ikinci Müller yoxdur. O bizim üçün çox qiymətlidir".

Daha öncə "Mançester Yunayted"in Müllerin transferi üçün 85 milyon avro təklif etmişdi.

Milli.Az