Şeytan daşlamaq üçün heç kim xüsusi statusa malik deyil (VİDEO)

Şeytan daşlamaq üçün heç kim xüsusi statusa malik deyil (VİDEO)
07:11 29 Sentyabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilki Həcc ziyarəti həm də 753 nəfərin ölümü, 800-dən artıq insanın yaralandığı faciə ilə yadda qaldı.

ANS TV-nin məluamatına görə, hər il iki milyondan artıq zəvvarı qəbul edən Səudiyyə Ərəbistanı bu il səriştəsizlikdə və zəif təşkilatçılıqda ittiham olunur. Səbəb isə bir-birinin ardınca Məkkədə baş verən və zəvvarların ölümü ilə nəticələnən hadisələr oldu.

Bu ayın əvvəlində Məkkə şəhərindəki Böyük Məscidin üzərinə kran aşması 109 nəfərin ölümü, 400 nəfərin yaralanması ilə nəticələndi.

Otellərdə yanğınlar və başqa bu tipli hadisələrlə bu ilki faciə son 25 ilin ən genişmiqyaslı Həcc faciəsi kimi tarixə düşdü.

Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz bin Abdullah əl-şeyx bəyan edib ki, həcc ziyarəti zamanı baş verən bu faciənin qarşısını almaq imkan xaricində olub.

Ölkənin ən böyük rütbəli ruhanisi və daxili işlər naziri son günlər kadrları yayılan faktı da təkzib edir.

Kralın oğlu Məhəmməd bin Salmanın kortecinin əraziyə gəlməsi və şeytan daşlama mərasimində iştirak etməsi, həm də tək yox 200 hərbçi və 150 polisin müşayəti ilə bu ayini yerinə yetirməsi, sırf kral oğluna görə zəvvarların marşrutunun istiqamətinin dəyişdirilməsi, ilahiyyatçıların da qınağına səbəb oldu.

“İslamda hamı bərabər hüquqa malikdir deyə bir inanc var. Xüsusi ilə də bu həcc ayinlərinin icrası zamanı. Orada hər bir hacı eyni hüquqa, haqqa malikdir. Kiminsə oğlu olması bu ona heç də əsas vermir ki, fərqli gəlməli və fərqli getməlidir. Məhz islam belə bir dəyişilmənin əleyhinə olan bir dindir”, - deyə ilahiyyatçı hacı Fuad Pənahlı bildirib.

Mina dağı ətrafında baş verən hadisə zamanı insanların ölümünə səbəb kimi iki müxtəlif qrupun bir qovşaqda toqquşması da göstərilir.

Səudiyyə daxili işlər nazirliyinin sözçüsü də bu faktı qabardır. Onun sözlərinə görə, zəvvarların iki böyük qrupunun eyni küçəyə müxtəlif istiqamətlərdən daxil olması çaxnaşmaya səbəb olub, nəticədə isə faciə baş verib.

Kral Salman ölkəsinə qarşı təzyiqlərin artması fonunda ziyarət qaydalarına yenidən baxılması üçün sərəncam verdi. Xüsusi komissiya yaradıldı və faktla bağlı genişmiqyaslı istintaq araşdırmasına start verildi.

Maraqlısı isə odur ki, hər il müsəlmanların üz tutduğu bu ölkə iki milyon zəvvardan təxminən 8,5 milyard dollar vəsait əldə edir.

Bu məbləğin müqabilində ölkənin təşkilatçılıq səviyyəsi göz qabağındadır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=361479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR