Azərbaycan prezidenti Macarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan prezidenti Macarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:02 29 Sentyabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 13:00 ]

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinin etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir İ. Laslotski fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

 

Sonra Azərbaycan prezidenti səfirlə söhbət edib.

 

Görüşdə Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib, əməkdaşlığımızın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR