Prezident İlham Əliyev Koreyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Koreyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
12:42 29 Sentyabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Koreya Respublikasının ölkədəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
“Report”un xəbərinə görə, Prezident İlham Əliyev Koreya Respublikasının baş naziri Çanq Honqvonun ölkəyə səfərini və onunla keçirdiyi görüşləri məmnunluqla xatırladıb. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən dövlətinin başçısı səfir Çoi Suk İnin ölkədəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxlu sayda tədbirlərin iki xalqın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb. Koreya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycan ilə Koreya arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı səfirin Azərbaycan-Koreya ikitərəfli əlaqələrinin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.
Koreya hökuməti başçısının ölkəmizə ötənilki səfərinə toxunan Çoi Suk İn bildirdi ki, Azərbaycanın Koreya ilə sıx əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətində olması Baş nazir Çanq Honqvonda böyük təəssürat yaratmışdır. Diplomat səfirlik tərəfindən ölkəmizdə təşkil olunan irimiqyaslı mədəni tədbirlərin əhəmiyyətini vurğulayaraq bu sahədə Azərbaycan hökumətinin dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan ilə Koreya arasında iqtisadi əməkdaşlıq məsələlərindən danışan səfir Çoi Suk İn gələcəkdə daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-koreyanin-azerbaycandaki-sefirini-diplomatik-fealiyyeti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR