Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edib
14:17 29 Sentyabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 14:13 ]

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından vətəndaşları qəbul edib.

Nazirliyin informasiya və  ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. 

 

Ə. Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib. Nazir bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan bu cür görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Lənkəran şəhərindəki qəbulun artıq sayca 30-cu görüş olduğunu diqqətə çatdıran nazir bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflərin, faydalı təşəbbüslərin irəli sürüldüyünü deyib.

 

Budəfəki görüşdə də aktual mövzularda təkliflərin səsləndiyini vurğulayan nazir xalq teatrlarının vətənpərvərlik mövzusunda respublika festivalının keçirilməsi fikrinin təqdirəlayiq olduğunu və gələn il belə bir festivalın təşkil ediləcəyini deyib.

 

Qəbuldan sonra nazir Lənkəran şəhər Mədəniyyət Mərkəzində, yeni istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyində və Turizm İnformasiya Mərkəzində olub, bu qurumların fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR