Türkiyə ordusu hücumda: 25 terrorçu məhv edildi

Türkiyə ordusu hücumda: 25 terrorçu məhv edildi
16:04 29 Sentyabr 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə ordusu bu ilin yayından başlayan anti-terror əməliyyatlarında minə yaxın PKK üzvünü öldürüb

Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı əməliyyatları davam etdirir.

 

Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Şimali İraqdakı PKK mövqelərinə endirilən hava zərbələri nəticəsində 19 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

 

Paralel olaraq Hakkarinin Çukurca bölgəsində də terrorçulara zərbələr endirilib. Burada 6 terrorçunun ölüsü ələ keçirilib.

 

Qeyd edək ki, Türkiyə ordusu bu ilin yayından başlayan anti-terror əməliyyatlarında minə yaxın PKK üzvünü öldürüb. Terror aktları nəticəsində isə onlarla türk əsgəri, polisi və mülki vətəndaşlar ölüb və yaralanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/216098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR