Stokholm, 29 sentyabr, AZƏRTAC
İsveç vətəndaşları ölkənin qəbul etdiyi qaçqınların sayının artırılmasını istəyirlər.
İsveçdə çıxan “Dagens Nyheter” qəzetinin sifarişi ilə “Ipsos” agentliyi tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələri bunu təsdiq edib.
Sorğuya görə, rəyi soruşulanların 44 faizi bildirib ki, İsveç indikindən daha çox qaçqın qəbul etməlidir. Respondentlər qeyd ediblər ki, qaçqınların problemləri onları narahat edir və onlar qaçqınlara kömək etmək istəyirlər. Məsələn, hər üç respondentdən biri sığınacaq axtaranları öz evində yerləşdirməyə hazır olduğunu bildirib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm