Rəmişin xanımı: "Gəzdiyi qadını evimə gətirdi, 4 ay onu saxladım"

Rəmişin xanımı: "Gəzdiyi qadını evimə gətirdi, 4 ay onu saxladım"
18:47 29 Sentyabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Rəmiş və həyat yoldaşı Gülü xanım ATV-də yayımlanan "Bir sevgi tarixçəsi" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gitara ifaçısının xanımı münasibətlərindən danışıb:

"Atamla anam ayrılmışdı. Ögey anam məni yola vermirdi, evdən qaçdım, ayrıca mənzil tutdum ki, qalım. Rəmişə dedim ki, "Atamgildən ayrıldım". Bir ailə ilə qalırdım. Ağlıma gəlməzdi ki, məni qaçırda bilər. Bir gün işdən çıxanda məni götürdü və başqa yerə apardı. Həmin il avqustun 24-də ailə qurduq. Ailəli olduğumuz ərəfədə başqa bir xanımla oturub-dururdu. Dedi ki, "Onu evimizə gətirəcəyəm". Razılaşdım. O qadın da Rəmişin mənimlə evli olduğunu bilirdi. Gəzdiyi qadını evimə gətirdi, 4 ay onu saxladım. Bacı, balam kimi davranırdım. Heç vaxt dalaşmadım, üzünə vurmadım. Sonra ayrıldım. Həmin ili Rəmiş dəfələrlə avtomobil qəzası keçirdi, dəhşətli ağrıları olurdu.
 
Gedib başqa evlərdə işləyir, paltar yuyub, pul qazanırdım ki, başımı dolandırım. Bir gün Rəmişin qardaşı evində işləyirdim, onu gördüm. Pis vəziyyətdə idi. Bir-iki gündən sonra dostu zəng vurdu ki, "Rəmiş səni görmək istəyirdi". Barışdıq, amma neçə ay maşında yatıb-durduq, gedib pullu hamamda Rəmişin paltarın yuyurdum, kafelərdə qurudub, ütüləyirdim. Onu elə geyindirirdim ki, heç kim inanmırdı bir maşında qalırıq. Bir dəfə rayona gedirdik, yolda maşını saxlayıb, otluqda yatırdı. Dedi ki, "Gülü, kaş bir döşək olardı, üstündə yatardım" (ağlayır). Səhər saat 5 olan kimi, diz çöküb, Allaha yalvarırdım ki, Rəmiş bəladan qurtulsun. Pis əməllərdən uzaq olsun. Allah mənə hər istədiyimi verdi. Bir gün onun corablarını geyindirdim, baxdı ki, saçlarım ağarıb. Dedi, "Niyə bu gündəsən?" Cavab verdim ki, "Sənin dərdini çəkmək asan deyil". Söz verdi ki, bu gündən narkotikdən qurtardım, hər şeyi atdı. 6 ay evdə narkotik saxladım ki, birdən ağrıları tutar. 6 aydan sonra aparıb Qubada çaya atdım".

Rəmiş isə "Məni yaşadan Gülü olub. Qəzada qolum qopmuşdu, dəmirlə birləşdirmişdilər. Həmin ərəfədə mənə o qulluq etdi. Mən aludəçi olmamışam. Narkotikdən ağrıkəsici kimi istifadə etmişəm. Onu tərgitmək üçün iradə yox, kişilik lazımdı", - deyə əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/372182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR