AŞPA məruzəçisi Robert Volter Dağlıq Qarabağla bağlı hesabat hazırlayacaq

19:27 29 Sentyabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 19:24 ]

Strasburq. Fuad Qulubəyli - APA. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclası çərçivəsində qurumun Demokratiya və siyasi məsələlər üzrə komitəsinin toplantısı keçirilib.

APA-nın Avropa müxbirinin məlumatına görə, toplantıda ingiltərəli deputat Robert Volterin Dağlıq Qarabağla bağlı şifahi hesabatı dinlənilib.

 

Qərara alınıb ki, məruzəçi R. Volter Dağlıq Qarabağla bağlı hesabat hazırlasın. 
 

Qeyd edək ki, R. Valter AŞPA-nın Demokratiya və siyasi məsələlər üzrə komitəsi adından Dağlıq Qarabağa dair məruzə hazırlamaq üçün Azərbaycana səfər etsə də, Ermənistan hökuməti ona icazə vermədiyi üçün Ermənistan və Dağlıq Qarabağa səfərlər edə bilməmişdi. Erməni tərəfi məruzəçinin Dağlıq Qarabağla bağlı hesabat hazırlamasını istəmir.    
 

Komitənin iclasında iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Dağlıq Qarabağla bağlı hesabatın yazılacağını bildirib. “Robert Volter Dağlıq Qarabağla bağlı məruzəsi ilə çıxış etdi və komitə Assambleyanın məruzəçisini ölkəyə buraxmamağı biabırçı bir addım kimi qiymətləndirdi. Erməni tərəfi müxtəlif bəhanələr gətirərək öz yalanlarını gizlətmək istəyirdi. Hansısa formada çalışırdılar ki, bu məsələni ört-basdır etsinlər, amma alınmadı. Nəinki alınmadı, erməni nümayəndə heyətinin üzvü Naqdalyanı ikinci dəfə komitədən qovdular. Mən də öz növbəmdə çıxış edərək bildirdim ki, burada söhbət Robert Volterdən getmir. Dağlıq Qarabağ üzrə alt komitə var idi, siz onu niyə ləğv etdiniz? AŞPA-nın sabiq sədri Jan-Klod Minyon mənimlə və Ermənistan nümayəndə heyətinin rəhbəri ilə azı 10 dəfə görüşmüşdü, niyə bunu rədd etdiniz? Deməli, məsələ Robert Volterdə deyil, Ermənistan sadəcə nələrisə gizlədir. Dedim ki, siz onu buraxmalıydınız, şərait yaratmalıydınız ki, o gizlədilən məsələlər üzə çıxsın. Yəni Dağlıq Qarabağla bağlı hesabat mütləq yazılacaq, Ermənistan məruzəçini ölkəyə buraxmasa belə. Robert Valterin mandatı bitənə qədər hesabat yazılacaq”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR