Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb

Azərbaycan millisinin rəqibi heyətini açıqlayıb
19:33 29 Sentyabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Azərbaycan yığması ilə qarşılaşacaq Bolqarıstan millisinin heyəti açıqlanıb.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, rəqibin heyətində qapıçılar Bojidar Mitrev (“Şerif”, Moldova), Blaqoy Makendjiev (“Beroe”), Plamen İliev (“Botoşani”, Rumıniya), müdafiəçilər Aleksandr Aleksandrov (“Ludoqorets”), İvo İvanov (“Beroe”), Georgi Terziev (“Ludoqorets”), İvan İvanov (“Bazel”, İsveçrə), Straxil Popov (“Liteks”), Jivko Milanov (”Levski”), Anton Nedyalkov (“Liteks”), Asen Georgiev (“Montana”), yarımmüdafiəçilər və hücumçular Simeon Slavçev (“Apolon” Limasol, Kipr), Georgi Kostadinov (“Levski”), İvaylo Çoçev (“Palermo”, İtaliya), Xristo Zlatinski (“Universitatya Krayova”, Rumıniya), Todor Nedelev (“Mayns 05”, Almaniya), Anton Karaçanakov (“Slaviya”), Aleksandr Tonev (“Frozinone”, İtaliya), Mixail Aleksandrov (“Ludaqorets”), İvelin Popov (“Spartak” Moskva, Rusiya), Georgi Milanov (ÇSKA Moskva, Rusiya), Dimitri Rangelov (“Konyaspor”, Türkiyə) və Andrey Qlbinov (“Novara”, İtaliya) yer alıblar.
Bolqarıstan – Azərbaycan oyunu saat 23.45-də Sofiya şəhərindəki Vasil Levski adına milli stadionda start götürəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_millisinin_reqibi_heyetini_achiqlayib-888284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR