Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin iqtisadiyyat nazirləri Astanada memorandumlar imzalayıblar

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin iqtisadiyyat nazirləri Astanada memorandumlar imzalayıblar
21:13 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Astana, 29 sentyabr, AZƏRTAC
Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvü olan ölkələrin iqtisadiyyat nazirlərinin beşinci görüşü keçirilib.
Görüşdə Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkci, Qazaxıstanın milli iqtisad naziri Yerbolat Dosayev, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Qırğızıstanın iqtisadiyyat nazirinin müavini Daniyar İmanəliyev, habelə TDƏŞ baş katibinin müavini Ömər Koçaman iştirak ediblər.
İclasın gündəliyinə türkdilli ölkələrin çoxşaxəli ticari-iqtisadi əməkdaşlığının möhkəmlənməsi, habelə investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, müştərək investisiya fondunun yaradılması üzrə işçi qruplarının qarşılıqlı fəaliyyəti məsələləri daxil edilib.
Qazaxıstanın milli iqtisadiyyat naziri Yerbolat Dosayev qarşılıqlı ticarətdə maneələrin aradan qaldırılmasını ticari münasibətlərin inkişafına şərait yaradan tədbirlərdən biri kimi təklif edib.
TDƏŞ ölkələrinin iqtisadiyyat nazirlərinin beşinci görüşünün yekunlarına dair sənədlər - TDƏŞ ölkələrinin dövlət orqanları arasında investisiya statistikası sahəsində əməkdaşlığa dair qarşılıqlı anlaşma haqqında; investisiya mühiti sahəsində təcrübə mübadiləsi imkanlarının öyrənilməsinə dair qarşılıqlı anlaşma haqqında; kiçik və orta sahibkarlıq məsələlərində qarşılıqlı anlaşma haqqında memorandumlar imzalanıb .
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkdilli_Dovletlerin_Amekdasliq_Surasinin_uzvu_olan_olkelerin_iqtisadiyyat_nazirleri_Astanada_memorandumlar_imzalayiblar-888346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR