Hacılar Məkkəni tərk edirlər (VİDEO)

Hacılar Məkkəni tərk edirlər (VİDEO)
23:51 29 Sentyabr 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Həcc ziyarətini başa vuran zəvvarlar artıq Məkkəni tərk edirlər.

ANS TV-nin məlumatına görə, azərbaycanlı hacıların ilk qrupu da artıq vətənə qayıdıb.

Zəvvar Səmayə Priyeva həddən artıq sevinir: “Həccə getmək istəyən hər bir kəsə bu qismət olsun. Həccə səfərə getmək ağır və müqəddəsdir. Oradan qayıdandan sonra insan özünü dünyaya yenidən gəlmiş kimi hiss edir”.

“Allaha şükürlər olsun ki, doğma yurdumuz Azərbaycana geri döndük. Məkkədə baş verən məlum hadisələrdən doğmalarımız çox narahat idi. Hadisədən yarım saat öncə azərbaycanlı zəvvarlar oranı tərk etmişdir”, – deyə Zəvvar Rövşən İsmayılov bildirib.

Hazırda Ciddə aeroportunda digər azərbaycanlı hacılar növbə gözləyir. Ciddədən Bakıya enməsi nəzərdə tutulan reylər gecikmə ilə gəlirlər.

Qafqaz Müsəlmanları İdarəsi isə reyslərin ləngiməsini Ciddə aeroportunda yaşanan izdiham və zəvvarları geri qaytaran Səudiyyə Ərəbistanı aviaşirkətinin zəif təşkilatçılığı ilə əlaqələndirir.

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların son qrupu oktyabrın 3-də vətənə qayıdacaqlar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=361548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR