Bolqarıstan millimizlə oyun üçün heyətini açıqladı

Bolqarıstan millimizlə oyun üçün heyətini açıqladı
03:31 30 Sentyabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan Bolqarıstan yığmasının heyəti açıqlanıb.

ANS PRESS-in məlumatına görə, baş məşqçi İvaylo Petev Xorvatiya və Azərbaycanla oyunlara 23 futbolçu dəvət edib.

23 futbolçudan 12-si ölkə хaricində çıхış edir. Onlar Moldova, Rumıniya, İsveçrə, Cənubi Kipr, İtaliya, Almaniya, Rusiya və Türkiyə klublarının üzvləridi.

Bolqarıstan yığması oktyabrın 10-də Zaqrebdə Xorvatiya, 3 gün sonra Sofiyada millimizlə qarşılaşacaq.


Bolqarıstan yığması

Qapıçılar: Bojidar Mitrev (Şerif, Moldova), Blaqoy Makendiyev (Beroe), Plamen İliyev (Botoşani, Rumıniya).
Müdafiəçilər: Aleksandr Aleksandrov, Georgi Terziyev (ikisi də "Ludoqorets"), Strahil Popov, Anton Nedəlkov (ikisi də "Liteks"), İvo İvanov (Beroe), Jivko Milanov (Levski), Asen Georgiyev (Montana), İvan İvanov (Bazel, İsveçrə).
Yarımmüdafiəçilər: Georgi Kostadinov (Levski), Anton Karaçanakov (Slaviya), Miхail Aleksandrov (Ludoqorets), Simeon Slavçev (Apolon, Cənubi Kipr), İvaylo Çoçev (Palermo, İtaliya), Xristo Zlatinski (Universitatea Krayova, Rumıniya), Todor Nedelev (Maynts 05, Almaniya), Aleksandr Tonev (Frosinone, İtaliya), Georgi Milanov (ÇSKA, Rusiya).
Hücumçular: İvelin Popov (Spartak Moskva, Rusiya), Dimitar Rangelov (Konyaspor, Türkiyə), Andrey Qalabinov (Novara, İtaliya).

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=361553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR