Azərbaycan Kiberidman Federasiyası VII Dünya Çempionatı – “İesF 2015”-ə qeydiyyata start verib.


Bu haqda məlumat verən federasiyanın prezidenti Ramil Əliyev qeyd edib ki, qeydiyyat iki fərdi növ üzrə keçirilir – “HearthStone” və “Star Craft 2”:

“Builki çempionatda iştirak açıq formatda elan olunub – “Open for all”. Qadınlar üçün ayrıca yarış təşkil olunmayacaq. Onlar kişilərlə birgə mübarizə aparacaqlar”.


Onun sözlərinə görə, iştirak üçün ilk növbədə ərizələr doldurulmalıdır:

İştirak üçün ərizəni bu ünvanından yükləyə bilərsiniz.

Doldurulmuş ərizə “info@cybersport.az” ünvana göndərilməlidir.

Qeydiyyatın təsdiqi barədə məlumatı iki iş günü ərzində alacaqsınız.

Qeydiyyat oktyabrın 8-dək davam edəcək.


Həqiqət İSABALAYEVA