Tədqiqatın əsas nəticələri aşağıdakılardır:
- Tədqiqatda sözügedən regionun 8 ölkəsinin sakinləri iştirak edib. Onların 82 faizi rəqəmli ödəniş metodlarından istifadə edib.
- Region ölkələrində respondentlərin 72,4 faizi onlayn ödəmələrdən, 32,8 faizi mobil pul kisəsindən və 13,3 faizi mobil puldan istifadə edir.
- Asiyada onlayn ödəmələrin belə populyar olması tranzaksiyaların yüksək sürəti, onlayn ödəmələrə etibar və cüzi komissiyalarla izah edilir.
- Çinli respondentlərin 70 faizi mobil pul kisəsindən istifadə edir. Hindistandan rəyi soruşulmuşların yalnız 40 faizi mobil telefon üzərindən məhsulları ödəyir. Regionda elektron ticarətin təkmilləşdirilməsi sayəsində mobil ödənişlər geniş yayılıb.
- Asiya-Sakit okean regionu üzrə məhz Hindistanda məhsulların internet üzərindən rəqəmli ödəmə metodları daha sürətlə formalaşır.
- Hindistan sakinləri əksər hallarda mobil ödənişlərdən telefon hesabının doldurulması, onlayn satınalmalar, kommunal ödənişlər və taksi xidmətinin ödənilməsində istifadə edirlər.
Emil Hüseynov