"Baku Fashion Night" hər il Yaz - Yay və Payız - Qış olaraq 2 dəfə təkrar olunan bir moda nümayişidir. Bu tədbir "FMS Models" model agentliyi, "Excelsior Hotel & SPA" və "İD Fashion" telekanal ilə yaradılır. Tədbirə general sponsorluq "MERCEDES BENZ" tərəfindən göstəriləcək. Tədbir oktyabrın 16-18-ə kimi davam edəcək.
Layihənin birinci gününü oktyabrın 16-sı türk dizayneri Ashly Jakcson açacaq.
Asli Jackson uzun illər İngiltərədə yaşayıb. 2004-ci ildə London-da "University of The Arts" da Akademik karyerasını Moda Tasarım Texnologiyası üzərinə tamamladıqdan sonra 'Vivienne Westwood' və 'Alexander Mcquenn' ilə iş imkanı olub. 2010-ci ildə bir layihəsi üçün İstanbula gələrək bu şəhərə yenidən aşiq olub və işlərini eyni vaxtda davam etdirməyə qərar verib. Moda da sürdürebilirlik proyektlərinə də yer verən Jackson "Garderobe Surgery By Asli Jackson" Londonda 2004-ci ildə geyimlərini Cancer Research - Xərçəng Araşdırma Fonduna bağışlayıb. Bu əməkdaşlıq məhsullarını qiymətləndirərək insanların ictimai statuslarına görə yenilikçi, davamlı kolleksiyalar və gardrobe yaratmaq ucun yaratmışdı. Beləliklə, "Garderobe Surgery By Asli Jackson" sizin garderobunuza yeni həyat gətirəcək və onu daha orijinal eləyəcək. Bu il ilk dəfə qeyri-adi ciddi bir "hücum" edərək hazır geyimə yenilikçi bir dünyagörüşü gətirdi.
Bu il Ashly "Baku Fashion Night 2015" layihəsini açacaq. Layihənin ilk günündə izləyənləri bir çox sürprizlər gözləyir.
Tədbirin informasiya dəstəyi - Trend, Day.Az, Milli.Az
Videonu izləmək üçün şəkilə klikəyin.





