Bu məsələ ilə əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
İqtisadiyyat və Sənaye Nazirliyi bir daha sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanlarının əməkdaşları və ya yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyyə edir.
Bu cür hallarla rastlaşdıqda sahibkarlardan (012) 4300306, (012) 5989501, (055) 2273107 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyinə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.