ABŞ-ın Merilend, Şimali Karolina, Nyu-Cersi və Virciniya ştatlarında fövqəladə hal vəziyyəti elan olunub. Səbəb "Hoakin" qasırğasının ABŞ-ın şərq sahillərinə yaxınlaşmasıdır.
Milli.Az ABC-yə istinadən bildirir ki, Baham adaları və Kuba da qasırğaya hazırlaşır.
Ağ Evin təmsilçisi Coş Ernestin dediyinə görə, federal hökumət "ştatlarda qasırğanın fəsadları yaranarsa, onları aradan qaldırmaq üçün yardımlara hazırdır".
Kuba rəhbərliyi ölkənin şərqindəki Kamaquey, Las Tunas, Olqin və Quantanamo bölgələrində fövqəladə vəziyyət edib.
Çox təhlükəli 4-cü kateqoriyaya şamil olunan "Hoakin" Baham adalarına yaxınlaşmaqdadır.
Milli.Az









