Keçmiş futbolçu Ceymi Rednapp "Mançester Yunayted"in oyunçusu Anton Marsial barədə fikirlərini bölüşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Rednapp fransalı yarımmüdafiəçini gələcəyin ulduzu kimi qiymətləndirib.
"Çempionlar Liqasında Marsialın oyunun 90 dəqiqə izlədim. 19 yaşında ondan daha yaxşı yalnız Messi oynayırdı. Vaxtilə Ueyn Runi debüt edəndə ona qarşı oynamışam. Amma Marsial daha yaxşıdır. O, nə vaxt ötürmə verməyi, driblinqi və zərbəni gözəl bilir. Rəqibləri asanlıqla keçir. Onun hər hərəkətinin mənası mövcuddur. Marsialın oyununa baxmaq mənə xoşdur. O, gələcəyin superulduzudur".
Milli.Az