Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin oturaq voleybol idman növü üzrə milli komandası Almaniyanın Varendorf şəhərində Avropa çempionatında iştirak edir.
AZƏRTAC xəbər verir ki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına lisenziya xarakterli yarışda millimiz ilk oyununu keçirib.
Rusiya millisi ilə qarşılaşan voleybolçularımız 2:3 hesabı ilə məğlub olub. Digər oyunda isə Ukrayna yığması Latviya kollektivinə 3:0 hesabı ilə qalib gəlib.
Avropa birinciliyinə oktyabrın 8-də yekun vurulacaq.