Bakı, 5 oktyabr, AZƏRTAC
Bakı Uşaq Teatrı müvəqqəti yerləşdiyi məkanda-Qaraçuxur qəsəbəsi Q. Abbasov adına mədəniyyət sarayında "Tıq-tıq xanım" tamaşası ilə balaca tamaşaçılarını salamlayın. Bununla da teatr yeni, 14-cü teatr mövsümünü açıq elan edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalq nağılı əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru teatrın direktoru İntiqam Soltandır.
Tamaşada əsas rolları Könül Şahbazova, İlhamə Əhmədova, Rauf Hüseynli, Vüsalə Bəşirova və başqaları canlandırıblar.