Bakı. 6 oktyabr. REPORT.AZ/ AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarında ədəbi dilin normalarına əməl olunmasının vəziyyəti ilə bağlı apardıqları monitorinqlər oktyabr ayı ərzində də davam edəcək. Bu barədə "Report"a MTRŞ-in Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.
O deyib ki, monitorinqlər noyabr ayının əvvəlində bitəcək: "Bundan sonra qruplaşdırma aparılacaq. Nəticələrin noyabrın sonlarına doğru açıqlanması nəzərdə tutulub".