Bir nəfər 24 ailənin ocağını söndürdü

Bir nəfər 24 ailənin ocağını söndürdü
16:31 28 Dekabr 2014
91 Digər
Ölkə mətbuatı
A- A+

Qala qəsəbəsi Dəmiryol stansiyasının yanında yaşayan əhaliyə artıq neçə gündür ki, qaz verilmir.

ANS PRESS-in qaynar xəttinə müraciət edən Şəmsiyev Talehin sözlərinə görə, səbəb qonşulardan bir neçəsinin qaza olan borcudur. Şikayətçinin sözlərinə görə, o, özü smart kart tipli qaz sayğaclarından istifadə edir. Amma bir neçə ailənin borcuna görə bir müddət əvvəl qaz işçiləri gəlib 1 metrə yaxın qaz borusunu kəsib aparıblar. Nəticədə 24 ailə qazsız qalıb.

Binə qəsəbəsi üzrə qaz idarəsinin işçisi Şahin adlı şəxsin sözlərinə görə isə həmin ərazidə qazın kəsilməsi təhlükəsizliklə bağlıdır. Belə ki, oradakı ailələrin bəziləri rezin borularla qaz çəkiblər. Bu da təhlükəlidir.

Şikayətçi Şəmsiyev Taleh isə bildirib ki, həmin ərazidə əhalinin hamısının sayğacı var. Amma qaz aşağı təzyiqlə verilir deyə, sayğacı istifadə edə bilmirlər. “Buna görə həmin ailələrin bəziləri əlavə xətt çəkiblər. Yığılan borc da həmin yolla istifadə edilən qazın borcudur. Qaz idarəsi işçiləri isə deyirlər ki, qaz boruları köhnə olduğu üçün təzyiq aşağıdır. Təzyiqin aşağı olması, boruların dəyişdirilməsi ilə bağlı şikayət edəndə isə deyirlər ki, “borcunuzdan 1000 manat ödəyin, problemi həll edək”, - deyə şikayətçi bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR