Bakı, 8 oktyabr, AZƏRTAC
Almaniya kansleri Angela Merkel Türkiyənin Avropa İttifaqında tamhüquqlu üzvlüyünün əleyhinə çıxmaqla öz mövqeyini bir daha açıqlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, alman hökumətinin başçısı bu barədə fikirlərini oktyabrın 7-də ARD telekanalında efirə çıxan axşam tok-şousunda səsləndirib. “Mən hər zaman Türkiyənin Avropa İttifaqında tamhüquqlu üzvlüyünün əleyhinə olmuşam və bu fikrimdə qalmaqda davam edirəm”, - deyə A.Merkel bildirib.
Eyni zamanda, kansler onu da deyib ki, Avropadakı miqrasiya böhranının həll olunması üçün Türkiyə ilə dialoqu mütləq dəstəkləmək lazımdır.