"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.
"Qara Dəniz və Xəzər hərbi donanmalarının tərkibinə 10-dan artıq ədəd hərbi texnikanın, o cümlədən, "Admiral Grigoroviç" və "Admiral Essen" keşikçi gəmiləri, "Zelyonı Dol" və "Serpuxov" kiçik raketdaşıyıcı gəmiləri, həmçinin patrul və çoxtəyinatlı gəmilər, "Krasnodar" sualtı qayığı, Ka-27m helekopteri və digər avadanlıqların alınması nəzərdə tutulur", - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-də Rusiya gəmiləri Xəzər dənizindən Suriyadakı "İslam Dövləti" mövqelərinə 26 atəş zərbəsi endirib.