M.İvaniç Bosniyavə Herseqovina Parlamentinin Ermənistanın Azərbaycana təcavüzünü, Xocalı soyqırımını tanıyan sənəd qəbul etdiyini və ölkəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb. O, həmçinin azərbaycanlı sahibkaları Bosniya və Hersoqovinaya investisiya qoymağa çağırıb.
DİDK-ni sədri Nazim İbrahimov isə öz növbəsində Bosniya və Hersoqovinanın dövlət başçısına Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirə qatıldığına görə təşəkkür edib.
N.İbrahimov prezident İlham Əliyevin Mərkəzin fəaliyyətinə və onun təşkilatçılığı ilə həyata keçirilən layihələrə, forumlara xüsusi önəm verdiyini vurğulayıb. Komitə sədri məhz Azərbaycan prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə nəinki regionun, eləcədə dünyanın nüfuzlu beyin mərkəzlərindən birinə çevrildiyini vurğulayıb. N.İbrahimov M.İvaniçi Azərbaycan hökuməti adından gələn ilin martında keçiriləcək IV Qlobal Bakı Forumuna dəvət edib.
Görüşdə hər iki ölkənin müstəqillik qazandığı ilk dövrdən etibarən oxşar tale yaşadığı qeyd edilib. Müharibələrin yaratdığı problemlərə baxmayaraq, dini və etnik tolrentlığın hər iki ölkədə önəmli məsələ olduğu vurğulanıb. Birmənalı şəkildə və qətiyyətlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Bosniya və Hersoqovina ilə Azərbaycan arasında əlaqələrin inkişafının, birgə layihələrin həyata keçirilməsinin vacibliyi bildirilib.