Ötən ay nazirliyin e-xidmətlərindən yararlananların sayı əvvəlki avqust ayı ilə müqayisədə 58 faizə yaxın artıb. Nazirlikdən qeyd edilib ki, sentyabr ayında ƏƏSMN-in “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti 130352 ədəd, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti 81118 ədəd istifadə sayı ilə əhalinin ən çox faydalandığı e-xidmətlər sırasında ilk üçlükdə qərarlaşıblar.
Nazirliyin “İş yerinə dair arayış” e-xidməti də həmin sırada yer alıb və ötən ay “E-Hökumət” portalında 9 növ e-arayış xidmətindən cəmi istifadənin 54 faizi, yəni 22856-ı məhz ƏƏSMN-in bu e-xidmətinə aid olub.
Ümumilikdə cari ilin 9 ayında əhali ƏƏSMN-in bütün elektron xidmətlərindən 1 milyon 660 min 824 dəfə istifadə edib ki, bu da qeyd olunan dövrdə “E- hökumət” portalı üzrə ümumi istifadə sayının 17,5 faizini təşkil edir.
Həqiqət İSABALAYEVA