"Report" Qırığızıstan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumat görə, bir müddət öncə A.Kudayberdiyev barəsində cinayət işi açılıb. O, Müdafiə Nazirliyinə ayrılan büdcə xərclərindən qanunsuz istifadə etməkdə və korrupsiyada ittiham olunur.
Nazir vəzifəsi səlahiyyətlərini müdafiə nazirinin birinci müavini Zamirbek Suerkulov icra edir.