Bakı, 12 oktyabr, AZƏRTAC
Xəzər Universitetinin hüquq tədris mərkəzində “Avropa İnsan Hüquqları Konvensiyasının təhlili” mövzusunda təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, Avropa insan hüquqları üzrə mütəxəssis Könül Qasımova tərəfindən aparılan təlimdə Xəzər Universitetinin tələbələri ilə yanaşı, Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin hüquq fakültəsinin tələbələri, dövlət qurumlarında və müxtəlif hüquq şirkətlərində çalışan hüquqşünaslar iştirak ediblər.
İki gün davam edən təlimdə iştirakçılar Avropa İnsan Hüquqları Konvensiyasının müxtəlif maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə tanış olub, bu istiqamətdə ətraflı məlumat əldə ediblər.