Bakı, 13 oktyabr, AZƏRTAC
Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, yerli “Maribor” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Komandamızın qolunu Qara Qarayev vurub.
Xatırladaq ki, toplanış çərçivəsində yığmamız ilk yoldaşlıq oyununda Sloveniyanın “Celje” klubunun U-19 komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.