Bakı, 13 oktyabr, İbrahim Əsədov, AZƏRTAC
2015-2016-cı tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsilin magistratura pilləsinə 10 nəfər xarici ölkə vətəndaşı qəbul olunub.
Bu barədə AZƏRTAC-a ADNSU-n əcnəbi tələbələrlə iş üzrə dekanı Rəfael Balayev məlumat verib. Dekan qeyd edib ki, təhsilin magistratura pilləsinə qəbul olunan əcnəbi tələbələrdən 7-si Çin, 2-si Türkmənistan 1-i isə Rusiya vətəndaşıdır.