Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Dövlət Rus Dram teatrının səhnəsində “Yeni İl gecəsi məhəbbət intriqaları" adlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildiriblər ki, Oleq Yernevin pyesi əsasında hazırlabnmış tamaşa növbəti dəfə teatrsevərlərə təqdim olunacaq. Xalq Artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin səhnələşdirdiyi tamaşanın maraqlı mövzusu var. Belə ki, tamaşanın əsas mövzusu üç dəfə ailə quran qəhrəmanın keçmiş həyat yoldaşlarıın yanına təkrar qayıtmaları üzərində qurulub.
Qeyd edək ki, tamaşada Yevgeniya Nevmerjiskaya ilə yanaşı, Xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Əməkdar Atist Əsgər Rəhimov və aktrisa Mədinə Mollayeva da rol alıb.