Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
"Kompensasiya QMİ ilə zəvvar arasında bağlanmış müqavilədə nəzərdə tutulan qaydada ödənilib", - R.Dadaşova bildirib.
Xatırladaq ki, Həcc ziyarəti zamanı üç nəfər azərbaycanlı zəvvar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib.