Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin ilk treninqi baş tutub. İştirakçıları salamlayan teatrın direktoru, Əməkdar Artisti Mübariz Həmidov keçirilən treninqin məramı, məqsədi və teatrın struktur quruluşu, onun tarixi və fəaliyyət növləri haqqında məlumat verib.
Gənc Tamaşaçılar Teatrından AZƏRTAC-a bildirilib ki, treninqlərdə marketinq fənnini Beynəlxalq Treninq Mərkəzinin sədri, beynəlxalq layihələr üzrə əlaqələndirici Şaiq Səfərov tədris edəcək.
Qeyd edək ki, kursları uğurla başa vuran mütəxəssislərə Beynəlxalq Treninq Mərkəzinin, Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin xüsusi sertifikatlar təqdim olunacaq.
Gənc Tamaşaçılar Teatrında marketinq üzrə treninqlərə start verilib