Bakı. 16 oktyabr. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası İordaniyanın müraciəti əsasında bu axşam Yaxın Şərq mövzusunda fövqəladə iclas keçirəcək.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, iclas iştirakçıları əsasən Fələstinlə İsrail arasında vəziyyətin yenidən gərginləşməsini müzakirə edəcəklər.
Qeyd edək ki, oktyabr ayı ərzində müşahidə olunan ərəb-İsrail münaqişəsinin gərginləşməsi nəticəsində 40-a yaxən insan həlak olub.