Bakı. 18 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubunun baş məşqçisi Roman Qriiqorçuk Avropa Liqasında Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə oyun öncəsi azarkeşlərlə görüşə qatılıb. "Report"un məlumatına görə, tədbirin ardından təşkil olunan brifinqdə ukraynalı mütəxəssis əvvəlcə Azərbaycan xalqını 18 oktyabr - Müstəqillik günü münasibətilə təbrik edib:
- Bu gün çox əlamətdar gün, böyük bayramdır. Fikrimcə, bu, çoxciddibayramdır, Müstəqillikgünüdür. Böyükməmnuniyyətlə Azərbaycanınbütünvətəndaşlarını təbrikedirəm. Hamıyaənxoş arzularımı bildirirəm. Azarkeşlərə gəldikdə, butədbirtez-tezbirgə olmağımız, stadiondadaha çoxinsanı görməyimiz üçündür. Futbolubizyalnızinsanlar üçünoynayırıq. Fürsətdənistifadə edərək, azarkeşləriAlmaniyanın "Borussiya" (Dortmund) komandası ilə oyunadəvətedirəm. Deyə bilərəmki, bu, oyundanda üstündür. Bu, ümumilikdə Azərbaycanfutbolu üçün çoxəlamətdarhadisədir. Bu, "top-klub"laAvrokubokoyunudur. Fikrimcə, maraqlı qarşılaşmaolacaq. Çağırış və xahiş edirəmki, hamı stadionagəlsin. Sizin üçünböyükbayrametməyə çalışacağıq.
- Yenə 5:0 hesablı qələbə arzusuqüvvədədir?
- 5:0 hesablı qələbə arzusudaimvar, hərzamanbunuistəyirik. Başadüşürükki, hazırdabu, zarafatkimigörünür. Ammainanıramki, "Qəbələ"ninbütünsəviyyəliyarışlarda 5:0 hesablı qələbə qazanacağı dövryetişəcək.
- Ukraynayığmasınabaş məşqçitəyinolunacağınızbarədə xəbərlərə münasibətiniznecədir?
- Hər zaman belə suallara "Şərhsiz" cavabını verirəm. Çünki öz klubuma, onun rəhbərliyinə və komandama böyük hörmətlə yanaşıram. Hətta daha çox şeyi deyəcəyəm: Hazırda "Qəbələ"ni çox sevirəm. Bütün səylərim, fikirlərim "Qəbələ" ilə birgə yüksək nəticələr əldə etməyə yönəlib.
- "Borussiya" ilə matçda sürprizə, sensasiyaya imza atmaq üçün nələr baş verməlidir?
- Bunun üçün böyük qələbəyə lazım olan kompleks işlər görülməlidir. İlk növbədə, bunu edə biləcəyimizə inanaraq meydana çıxmalıyıq. Əlbəttə, real danışsaq, belə klub üzərində qələbə qazanmaq üçün oyulun 22-si bizim günümüz olmalıdır. Heç vaxt oynamadığımız futbol sərgiləməliyik. Oyuna mövcudluğumuzdan artığını qoymalıyıq. Əlbəttə, uğur da bizim tərəfimizdə olmalıdır. Bunsuz böyük uğurlar olmur.
- Ukrayna millisi AVRO-2016-nın "pley-off" mərhələsində Sloveniyaya rəqib oldu. Əvvəllər bu komandalar dünya çempionatının "pley-off" mərhələsində görüşmüş və həmin vaxt Sloveniya qalib gəlmişdi. Sizcə, indi Ukraynanın intiqam alma şansları var?
- Əvvəla, hamının şansları təqribən bərabərdir. Ukrayna - Sloveniya cütünə gəldikdə, hər iki komandanın final mərhələsinə yüksəlmə şansı var. Mən öz ölkəmin yığmasına azarkeşlik edirəm. Arzu edirəm ki, AVRO-2016-ya məhz Ukrayna yüksəlsin. Ukrayna kimi futbol ölkəsi daim Avropa və dünya çempionatlarında olmalı, belə mötəbər yarışlara necə vəsiqə qazanmaq üzərində düşünməməlidir. Belə hesab edir və buna inanıram. Çünki Ukrayna ən yaxşı yerləri tutmağa layiqdir və lazımi resursa da malikdir.