Bakı, 19 oktyabr, AZƏRTAC
Elmi-metodiki seminarda 2016-cı ildə ədəbiyyat fənni üzrə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanı proqramının müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminarda iştirak edən müəllim və mütəxəssislər fikirlərini diqqətə çatdırıb, təkliflər verilib.
Ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanı üçün proqram redaktə xarakterli düzəlişlər edilməklə təsdiq olunub. Proqram 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.
Növbəti seminarda bu il ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında Azərbaycan dili fənnindən istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili aparılacaq.