Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq Şairi Fikrət Qocanın 80 illik yubileyi Moskvada qeyd olunacaq.
AYB-dən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin Rusiyadakı səfirliyinin və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin təşkilatçılığı ilə tədbir Mərkəzi Yazıçılar Evində keçiriləcək.
Xalq Yazıçısı, AYB-nin sədri Anar, Moskva Yazıçılar Birliyinin üzvləri, Rusiyanın tanınmış qələm adamları tədbirdə iştirak edəcəklər.
Tədbirdə Xalq artistləri - Mələkxanım Əyyubova və Azər Zeynalov Fikrət Qocanın sözlərinə yazılmış mahnıları ifa edəcəklər, Əməkdar Artist Ağalar Bayramov Fikrət Qocanın şeirlərindən seçmələr söyləyəcək.