Bakı, 21 oktyabr, Nihat Budaqov, AZƏRTAC
Doqquz ayda “Şahdəniz” yatağından hasil olunan 7189,0 milyon kubmetr qazdan 2315,4 milyon kubmetri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR), 4239,9 milyon kubmetri Türkiyəyə, 519,7 milyon kubmetri isə Gürcüstana nəql edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində məlumat verilib. Bildirilib ki, doqquz ayda Azərbaycanda hasil edilən 21,6 milyard kubmetr qazın 16,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından çıxarılıb. Hazırda Azərbaycanda gündə təqribən 120 min ton neft və 89 milyon kubmetr qaz hasil edilir.
Yanvar-sentyabr aylarında əhalini, ölkə iqtisadiyyatının müxtəlif sahələrini və ixracı təmin etmək üçün 9728,8 milyon kubmetr proqnoza qarşı, 10402,8 milyon kubmetr (yəni 674,0 milyon proqnozdan çox) qaz resursu yaradılıb.