DSMF sədri Şirvanda qəbul keçirib

DSMF sədri Şirvanda qəbul keçirib
12:24 22 Oktyabr 2015
65 Sosial
Ölkə mətbuatı
A- A+

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev oktyabrın 22-də Şirvan şəhərində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Fond sədrinin qəbulunda iştirak edən Şirvan şəhərinin və Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinləri əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri,  o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər. Görüş zamanı həmçinin, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

 

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati  binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

 

Fondun məsul əməkdaşlarının, o cümlədən Şirvan şəhərinin və Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dan çox vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə Fondun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

 

                       


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/218814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR