Şöbə müdirinin sözlərinə görə, ötən müddətdə dərmanın əlavə təsirindən allergik reaksiya ilə bağlı klinikaya 78 nəfər müraciət edib: "Dərmandan zəhərlənmə halları əsasən Bakıda qeydə alınıb. Bundan başqa, 18 nəfər sirkə turşusundan zəhərlənib ki, onlardan ikisi dünyasını dəyişib".
A. Maqsudov onu da qeyd edib ki, yanvar-sentyabr aylarında 91 nəfər ilan sancmaları, 14 nəfər qara qurd dişləməsi, 27 nəfər isə əqrəb sancması ilə əlaqədar şöbəyə qəbul edilib.