Bakı, 22 oktyabr, AZƏRTAC
Dövlət Kino-Foto Sənədləri Arxivinə Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” sənədli filmlər studiyası tərəfindən daimi saxlanılmaq məqsədi ilə 40 saxlama vahidi kinosənəd (sənədli filmlər) daxil olub.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, hazırda 2008-2013-cü illərdə istehsal olunan sənədli filmlərin - “Adsız məzar”, “Təxəllüsü Mixaylo”, “Milli kitabxana”, “Sualtı sərvətimiz”, “Azərbaycan mətbəxinin rəngləri”, “Kazım Qarabəkir Paşa”, “Dədələr yolu”, “Ümid yeri”, “İz qala”, “Muğam və başqaları, “Akademik”, “Dostuma məktub”, “Vətənim mənim” , “Xatirələrdə yaşayan ömür” və digər filmlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir kinosənəd haqqında müfəssəl məlumat hazırlanır.