Erməni əsilli pornoulduz Kim Kardaşyanın 35 yaşı münasibətilə təşkil edilmiş mərasimə qatılan bütün qadınlar “hamilə” görünüşündə olublar.

ANS PRESS-in məlumatına görə, Kim Kardaşyanın ailəsinin ona hazırladığı sürpriz məhz qonaqların “yalançı qarınları”ndan ibarət olub. Ulduzun bacısı Kortni Kardaşyan "İnstagram"da paylaşdığı fotoya şərh olaraq yazıb: “Nə vaxtsa yenidən belə görünəcəyimi düşünməzdim. Ad günün mübarək, Kim!”

Porno ulduzun ad gününə qeyri-adi hədiyyə  (FOTO)
Kortni Kardaşyanın (sağdan ikinci) "İnstagram"da paylaşdığı foto


Nə qədər qəribə olsa da, Kim öz ad günü şənliyinə hündürdaban ayaqqabıda və olduqca dar paltarda qatılıb. Bu isə hamiləliyinin yeddinci ayını yaşayan qadın üçün o qədər də rahat geyim hesab olunmur. Porno ulduzun həyat yoldaşı Kanye Uest 5 milyon dollarlıq büsqalter hədiyə edib.

Porno ulduzun ad gününə qeyri-adi hədiyyə  (FOTO)
Kim Kardaşyan və Kanye Uest

Kim ikinci dəfə ana olmağa hazırlaşır. Doğulacaq övladının atası reper Kanye Uestdir. Kim Kardaşyan erməni əsilli ata ilə, şotland-holland əsilli ananın övladıdır. Porno filmlərdə çəkilib.