"Everton" müdafiəçisi Con Stounzla müqavilə yeniləmək üçün danışıqlara başlayıb. Bu haqda ingilis mətbuatı məlumat yayıb.
Yay "transfer pəncərəsi"ndə "Çelsi" ingilis futbolçu ilə yaxından maraqlanırdı. Ancaq "zadəganlar"ın 30 milyon funtluq təklifi "Everton"u razı sala bilməmişdi. Payız aylarından etibarən isə Stounzun adı "Barselona" ilə birgə hallanır.
Stounzun klubu ilə olan müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulub.