Mətbuat Şurası Şəkidə dəyirmi masa keçirib

11:52 29 Dekabr 2014
64 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 11:51 ]

Bakı. Gülnar Bəşirova- APA. Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycan mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” ləyihəsi çərçivəsində növbəti dəyirmi masa Şəkidə keçirilib.

 

Şuradan APA-ya verilən məlumata görə, toplantını giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Mayis Səlimov açıb. O, Şəkinin Azərbaycanın ictimai fikir tarixindəki önəmindən bəhs edib. Daha sonra Şuranın monitorinq qrupunun rəhbəri Əvəz Rustəmov layihənin məqsəd və vəzifələrindən söz açıb. İndiyədək layihə çərçivəsində ölkənin bir sıra bölgələrində tematik tədbirlərin reallaşdırıldığını qeyd edən Ə. Rüstəmov həmçinin KİV-lərdə aylıq monitorinqlərin aparıldığını da vurğulayıb. Sonda toplantı iştirakçıları dəyirmi masanın əhəmiyyətinə toxunaraq mövzu ilə bağlı təkliflərini səsləndiriblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR