Qız Qalasında intihar

Qız Qalasında intihar
12:03 29 Dekabr 2014
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda intihar hadisəsi baş verib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında 50 yaşlı naməlum kişi özünü Qız Qalasından atıb.

Nəticədə o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR