Bakı, 26 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Lokomotiv” voleybol klubu Çempionlar Liqası yarışlarında ilk oyununu oktyabrın 28-də səfərdə keçirəcək.
AZƏRTAC xəbər verir ki, Rusiyada “Dinamo” (Kazan) komandası ilə qarşılaşacaq “Lokomotiv”in oyununu idarə edəcək hakimlər müəyyənləşib. Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən qarşılaşmaya finlandiyalı Kari Partiainen və kiprli Georgios Papageorgiou təyinat alıb.
Çempionlar Liqası yarışlarının “A” qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo” (Kazan, Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparacaq.